“Qarabağ” dünya reytinqində 38 pillə irəlilədi

14:44 11.09.2025 29
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların ən son dünya reytinqini açıqlayıb.

Qurumun rəsmi məlumatına görə, 506 komandanın yer aldığı siyahıda Azərbaycanın 4 klubu yer alıb.

Siyahıda Qarabağ 154,75 xal toplayaraq 38 pillə irəliləyib və 96-cı sırada qərarlaşıb.

Sabah 79,25 xal ilə 38 pillə geriləyərək 302-ci, Araz-Naxçıvan 70,25 xal ilə 8 pillə yüksələrək 355-ci, Zirə isə 68 xal toplayaraq 274-cü yerdən 380-ci pilləyə düşüb.

Dünya reytinqinə isə Fransanın PSJ klubu 543 xal ilə başçılıq edir.
Oxşar xəbərlər