Azərbaycanın minifutbol millisi dünya çempionatının qalibi oldu

09:00 2.06.2025 4
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8)və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Qeyd edək ki, daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib.
Oxşar xəbərlər