Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı

11:46 15.09.2026 1
Sentyabrın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlayıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat və profilaktik tədbirlər zamanı 1 avtomat silahı, 1 qumbara, 8 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

DİN tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oxşar xəbərlər