Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

10:31 22.08.2026 6
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avqustun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. ⁠Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Oxşar xəbərlər