Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:23 1.08.2026 2
Ötən gün ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

⁠Bildirilib ki, narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər