Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış

12:25 9.06.2026 1
İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

“ Daxili İşlər Nazirliyi vətəndaşlara qanunsuz saxlanılan odlu silah-sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin bir daha vacibliyini xatırladaraq çağırış edib.

“Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş edilir.

Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad olunurlar”, - müraciətdə bildirilib.
Oxşar xəbərlər