Sabirabadda zəncirvari qəza - 1 ölü, 5 yaralı-Fotolar

10:29 12.05.2026 1
Sabirabadda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus, “VAZ 2109”, “Opel” və “Qazel” markalı avtomobillərlə toqquşub.

Qəzada “VAZ”ın sürücüsü, 1978-ci il təvəllüdlü Qaragüney sakini İbrahim Səxavət oğlu Qurbanov hadisə yerində ölüb.

Digər avtomobillərdə olan sərnişinlər - 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev, 1964-cü il təvəllüdlü Mürvət Turabov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Sabirabadda zəncirvari qəza - 1 ölü, 5 yaralı-Fotolar
Oxşar xəbərlər