Aygün Kazımovanın adından dələduzluq edildi

11:02 18.08.2025 20
Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.

Mərc oyunları reklam edən səhifələrdən biri sənətçinin fotosunu götürərək, süni intellektlə ondan video düzəldib.

Kazımovanın prodüseri Ruslan Ağayev səhifəyə mesaj yazaraq, videonun silinməsini istəyib. O bildirib ki, video tezliklə silinməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.
Oxşar xəbərlər