Sabunçu Tibb Mərkəzində faciə: xəstə 3-cü mərtəbədən yıxıldı

11:10 26.05.2025 9
Bakıda xəstəxanada faciəli hadisə baş verib.

Lent.az məlumatına görə, hadisə Sabunçu Tibb Mərkəzində qeydə alınıb.

Orada müalicə alan Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Sübhan Əliheydər oğlu Heydərov xəstəxananın 3-cü mərtəbəsinin pəncərəsindən düşüb.

S.Heydərovun vəziyyəti orta-ağırdır.

Hadisənin motivi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər