Abşeronda pakistanlı fəhlələrin üzərinə hasar aşdı - Biri öldü

12:47 13.01.2025 15
Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

Report xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb.

Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər