Salyan RİH başçısı Sevindik Hətəmov Aşağı Kürkəndi kənd sakinləri ilə səyyar qəbul keçirib
Gündəm / Bölgə
13:44
25.12.2023
83
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Salyan rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı və vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib. Rayon İcra başçısı qəbulda növbə ilə söz alan vətəndaşlar fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.