İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir

12:56 15.05.2026 37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gedib.

aia.az xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşıladılar.

İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir
İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir
İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir
İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Oxşar xəbərlər