MDU-da MİQ, magistratura və dövlət qulluğu imtahanlarına hazırlıqla bağlı maarifləndirici görüş keçirilib

00:24 24.10.2025 211
MDU-da MİQ, magistratura və dövlət qulluğu imtahanlarına hazırlıqla bağlı maarifləndirici görüş keçirilib

2025-ci ilin 22 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) müəllimlərin işə qəbulu (MİQ), magistratura və dövlət qulluğu imtahanlarına hazırlıqla bağlı maarifləndirici görüş keçirilib. Universitetin böyük akt zalında baş tutan görüşdə “MM Academy”nin nümayəndələri, MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər.

Xebercimedia.az xəbər verir ki, Görüşün açılışını “MM Academy”nin icraçı direktoru Şəfəq Nağıyeva edib. O, akademiyanın fəaliyyət istiqamətləri, tələbə və məzunların imtahanlara hazırlığı sahəsində həyata keçirilən proqramlar, təlimlər və dəstək mexanizmləri barədə ətraflı məlumat verib.

Daha sonra Ş. Nağıyeva və akademiyanın digər müəllimləri — Qumru Novruzlu, Rəqsanə Rzayeva və Aynur Mənsimova tərəfindən MİQ, magistratura və dövlət qulluğu imtahanlarının mərhələləri, qiymətləndirmə meyarları, effektiv hazırlaşma metodları və vaxtın düzgün idarə olunması mövzularında əhatəli və interaktiv təqdimatlar edilib. Təqdimatlar zamanı iştirakçılara imtahan strategiyalarının seçilməsi, motivasiyanın qorunması, stressin idarə olunması və fərdi inkişaf planının hazırlanması ilə bağlı praktik tövsiyələr də verilib.

Təqdimatlardan sonra tələbələrin sualları cavablandırılıb, təcrübə və fikirlər müzakirə olunub.

Sonda qonaqlar maarifləndirici görüşdə təlimçi qismində iştirak etdiklərinə və tələbələrə dəyərli məlumatlar təqdim etdiklərinə görə təltif olunublar.

Oxşar xəbərlər