Bu ay Əliyev və Ərdoğanın iştirakı ilə Kahramanmaraşda açılış olacaq

11:37 10.06.2025 41
“Bu ay Kahramanmaraşda Azərbaycanın bərpa etdiyi məhəllənin açılışı olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Səfir vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir: “Bu ay Kahramanmaraşda prezidentlərin iştirakı ilə “Azərbaycan məhəlləsi”nin açılışı nəzərdə tutulur. Ancaq dəqiq tarix hələ bəlli deyil”.
Oxşar xəbərlər