“Sağlamlığa Doğru Qaç!” – Tibb İşçilərinin Şamaxıdakı İdman Ruhlu Birliyi

17:02 20.05.2025 116
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, təşkilatçılığı və eyni zamanda Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə Şamaxı rayonunda səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı qaçış layihəsinin növbəti mərhələ yarışı keçirildi.
Xebercimedia.az xəbər verir ki, Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, onun əziz xatirəsinin dərin ehtiramla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
17 İyun – Tibb işçilərinin Peşə bayramına həsr edilən tədbirin məqsədi tibb işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulması olub.
Yarışda Şəki, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ, Balakən, Zaqatala, Oğuz və Qax rayonlarının Mərkəzi Xəstəxana direktorları, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) şura üzvləri, xəstəxanaların kollektiv üzvləri və Şəki Tibb Kollecinin tələbələri iştirak ediblər.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının əməkdaşlarından 5 nəfəri yarışçı, digərləri isə izləyici qismində iştirak edib. 44 günlük Vətən müharibəsinin iştirakçısı, əməkdaşımız Elnur Məmmədli 4-cü yeri tutub.
Yarışın yekununda iştirakçılar arasında ilk üçlükdə yer alanlara diplom, medal, hədiyyələr təqdim olunub.
Qaliblər 8 iyunda Xankəndi şəhərində keçiriləcək Final yarışına vəsiqə qazanıblar.

Oxşar xəbərlər