Biznes hesabatlarınızı bizə etibar edin - CBCG
Gündəm / İqtisadiyyat
11:07
21.12.2024
141
Caspian Business Consulting Group 27 avqust 2020-ci ildə Emrah Kılınc tərəfindən təsis edilib. Şirkət elə həmin ildən - 2020-ci ildən konsaltinq, mühasibat, audit, insan resursları sahəsində xidmətlər göstərir. Caspian Business Consulting Group-un yaradılmasını və şəffaf fəaliyyətini Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun bariz nümunələrindən biri kimi də qələmə vermək olar, çünki şirkətdə xidmət göstərən mütəxəssislər həmrəylik, birgəlik dəyərlərinə söykənərək fəaliyyətlərini genişləndirirlər.
Şirkətin göstərdiyi xidmətlər genişdir, onları müvafiq ardıcıllıqla oxucularımıza da təqdim etmək istəyirik.
Mühasibatlıq xidmətləri
Hər bir müəssisə öz məlumatlarının etibarlı şəkildə saxlanılmasını, dəqiq mühasibat uçotunun aparılmasını, o cümlədən hesabatların düzgün təqdim edilməsini istəyir.
Mühasibatlıq məlumatları müəssisənin miqyasından və strukturunun mürəkkəbliyindən asılı olaraq dəyişir, lakin bütün hallarda etibarlı informasiya investor və ictimaiyyət qarşısında, o cümlədən müəssisənin özündə müəssisə dəyərlərinə inamın yaradılması üçün əsas ön şərtdir. Caspian Business Consulting Group-un peşəkar mütəxəssisləri yüksək keyfiyyətli mühasibatlıq və biznes xidmətlərinin təmin edilməsindən daha çox iş görürlər.
Bizim mühasibatlıq komandamız maliyyə uçotu işinin təşkil edilməsinə və qorunub saxlanılmasına, məlumatların vaxtında işlənilməsinə, yerli mühasibatlıq və vergi tələblərinə, idarəetmə ehtiyaclarına uyğun maliyyə və vergi hesabatlarının hazırlanmasına kömək edə bilər.
Mühasibat uçotunun aparılması üzrə outsorsinq xidmətlərimizdən istifadə etməklə müştərilər ixtisaslı mühasiblərdən təşkil olunmuş komandamızdan, daha səmərəli və dəqiq maliyyə xidmətlərindən, o cümlədən xərclərin və risklərin azaldılması imkanından yararlana bilər.
Bizim mühasibatlıq xidmətlərimiz aşağıdakı fəaliyyətləri əhatə edir:
Qanunla müəyyən edilmiş standartlara və Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq gündəlik mühasibatlıq xidmətlərinin təmin edilməsi
Hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi
Mühasibatlığın yaradılması və optimallaşdırılması
Mühasibatlığın və vergiyə uyğunluğun təftişi(auditi)
Əsas vəsaitlərin inventarizasiyası
Əsas mühasibat kitabı
Jurnalda qeydiyyat və hesablamaların aparılması
Razılaşdırılmış hesablar planında aylıq sınaq balanslarının qurulması
Depozit hesab və bank hesabı üzrə əməliyyatların aparılması
İllik hesabatvermə
Bank hesabının yaradılması və üzləşdirilməsi
Amortizasiya cədvəllərinin hazırlanması
Əmək haqqının hesablanılması xidmətləri
Ödənişlərin həyata keçirilməsi, hesab-fakturaların hazırlanması, gəlirlərin uçotunun aparılması, bank əməliyyatlarının icra edilməsi ilə yanaşı, biz, həm də müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün onlara dövri olaraq idarəetmə uçotu ilə bağlı məlumat və hesabat təqdim edirik. Bu cür hesabatların forması və həmin hesabatlara daxil ediləcək məlumatlar dəyişkən ola bilər və hər bir müştərinin biznesinin hesabatvermə ehtiyaclarına uyğun olaraq hazırlana bilər.
Siz mühasibat uçotu və hesabatvermə üzrə peşəkar mütəxəssisləri işə götürmədən belə asanlıqla həmin mütəxəssislərə çıxış imkanı əldə edəcəksiniz. Əgər sizin biznesiniz varsa, lakin daxili mühasibiniz kifayət qədər ixtisaslı deyilsə və ya iş axını ilə ayaqlaşa bilmirsə, biz sərfəli qiymətlərlə ən səmərəli mühasibatlıq həllərini təmin edə bilərik. Bizim mühasibatlıq xidmətlərimiz sizə xərclərinizi azaltmağa və işlərinizi səmərəli idarə etməyə kömək edəcək.
İstənilən halda, biz sizin özəl tələblərinizə cavab vermək üçün ilk növbədə cavabdeh olduğumuz vəzifələri müəyyən edəcəyik və daha sonra mühasibat xidməti paketini hazırlayacağıq.
Sonuncu olaraq, bizi seçməyin ən böyük üstünlüklərindən biri də odur ki, siz gələcək planlarınızın qurulması ilə bağlı bizdən məsləhət ala bilərsiniz. Siz köhnə ayların hesabatlarını bizə təqdim edə bilərsiniz və biz sizin biznesinizin mövsümi olub-olmadığını araşdıra bilərik.
Biznes sahibi kimi siz öz biznesinizi idarə etmək üçün gündəlik fəaliyyətlərlə məşğul olmalısınız. Bununla belə, biz sizin biznesinizin uzunömürlülüyünü dəstəkləmək üçün ən uğurlu yolun müəyyən edilməsi məqsədilə geriyə qayıdaraq böyük mənzərəyə obyektiv baxa bilərik.
İnsan Resursları xidmətləri
İşçi heyətinin düzgün idarə edilməsi, işçi heyəti, şirkət və müvafiq dövlət qurumları arasında əlaqələrin düzgün tənzimləndirilməsi, insan resursları sisteminin inkişafının izlənilməsi, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması hər bir şirkət üçün əsas məsələlərdir. Bu nöqteyi-nəzərdən, bizim insan resursları xidmətlərimiz sizə insan resurslarının planlaşdırılması və idarəedilməsi ilə bağlı problemlərinizi səmərəli qaydada həll etməyə, şirkətin işçi ehtiyaclarının vaxtında və effektiv qaydada təmin edilməsinə və işçi axınının qarşısının alınmasına kömək edəcək.
Bizim insan resursları xidmətlərimiz aşağıdakı fəaliyyətləri əhatə edir:
İnsan resurslarının inkişafı prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
İşə qəbul, vəzifə dəyişikliyi, işdən çıxarılma, əməyin ödənişi, intizam tənbehləri, işçilərin autsorsinqi, xarici işçi qüvvəsinin cəlb edilməsi və s. daxil olmaqla, əmək qanunvericiliyi ilə bağlı istənilən məsələ üzrə məsləhət verilməsi;
Kadr seçimi və işə qəbul;
İşçilərin şəxsi işlərinin, iş vaxtının uçotuna nəzarət mexanizminin, işçilərin qəbulu və işdən çıxarılması ilə bağlı sənədlərin yaradılması və idarə edilməsi, və imzalanmış kadr sənədlərinin arxivdə saxlanılmasının təşkil edilməsi ;
Maddi məsuliyyət haqqında müqavilələrin hazırlanması;
Məxfi məlumatların açıqlanmamasına dair sazişlərin hazırlanması;
Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanması;
Əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsi üçün hüquqi dəstək (vəzifə dəyişikliyi, iş rejiminin dəyişdirilməsi, əmək haqqı məbləğinin dəyişdirilməsi və digər prosedurlar üçün bütün lazımi sənədlərin hazırlanması);
Tələb olunan əməliyyatların e-hökumət (E-GOV) portalında işlənilməsi (e-sistemdə işəgötürənin qeydiyyatı, işçilərin ştat cədvəlinin qeydiyyatı, işə qəbul və işdən çıxarma prosedurlarının icra edilməsi);
Kadrlarla bağlı əmrlərin qeydiyyatı (mükafatların, digər ödənişlərin, əmək haqqına əlavə və mükafat ödənişlərinin verilməsi üzrə əmrlər, iş vaxtından artıq işləmək, həftəsonları işləmək ilə bağlı əmrlərin verilməsi də daxil olmaqla) ;
İşçilərin sosial və icbari sığortası;
Əcnəbilərin işə cəlb edilməsi proseslərinin təşkil edilməsi, əcnəbilər üçün müvəqqəti və daimi yaşama icazələrinin alınması, iş icazələrinin alınması ;
Məzuniyyət cədvəllərinin qeydiyyatı və idarə edilməsi;
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamaların aparılması və tələb olunan əməliyyatların e-hökumət (E-GOV) portalına daxil edilməsi;
Əmək haqqı uçotunun aparılmasında iştirak, əmək haqqı hesablamasının və əmək haqqı ödənişi ilə bağlı sənədlərin hazırlanması;
Zəruri hesabatların hazırlanması və dövlət qurumlarına təqdi;
Əmək münasibətləri sahəsində dövlət qurumları ilə qarşılıqlı əlaqə;
Əvvəlki dövrlər üzrə insan resursları ilə bağlı sənədlərin bərpası;
İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılmasında işəgötürənin təmsil edilməsi;
Dövlət əmək müfəttişliyinin yoxlaması zamanı işəgötürənin maraqlarının təmsil olunması;
Əmək qanunvericiliyi ilə bağlı hüquqi rəylərin verilməsi;
Aşkar edilmiş pozuntular, potensial risklər, pozuntuların aradan qaldırılması üçün tövsiyələr ilə bağlı hesabatın təqdim edilməsi ilə İR sənədlərinin auditi;
Autsorsinq xidmətləri.
Bir sözlə, biz - Caspian Business Consulting Group olaraq, sifarişləriniz əsasında, sizlərin xidmətinizdə məsuliyyətlə və zövqlə dayanmağa həmişə hazırıq.