Tramp: Silah anbarlarımız boşdur, Vaşinqton hər şeyi Ukrayna və müttəfiqlərinə verir

09:49 22.08.2024 43
Tramp: Silah anbarlarımız boşdur, Vaşinqton hər şeyi Ukrayna və müttəfiqlərinə verir


ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, Birləşmiş Ştatların silah-sursatı yoxdur, çünki Vaşinqton hər şeyi Ukrayna da daxil olmaqla, müttəfiqlərinə verir.

APA xəbər verir ki, Tramp bunu Şimali Karolinada tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Hazırda silah-sursatımız yoxdur. Bilirsiniz, biz onların hamısını Ukraynaya və müxtəlif başqa ölkələrə vermişik. Biz hər şeyi onlara vermişik. Anbarlarımız boşdur”, - Tramp qeyd edib.
Oxşar xəbərlər