Yaponiya XİN rəhbəri gözlənilmədən Ukraynaya gəldi

11:02 7.01.2024 63
Yaponiya XİN rəhbəri gözlənilmədən Ukraynaya gəldi


Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onun ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparacağı gözlənilir.

Kamikavanın Polşa, Finlandiya, həmçinin ABŞ və Türkiyəyə səfər edəcəyi bildirilib.

Onun Ukraynaya səfəri barədə əvvəlcədən məlumat verilməyib.
Oxşar xəbərlər