Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı artdı

10:12 6.01.2024 56
Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı artdı


Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 100-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin regional rəhbərliklərinin verilənlərindən məlum olub.

Məlumata görə, 500-ə yaxın insan yaralanıb. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.
Oxşar xəbərlər