Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:09 30.09.2023 64
Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb


Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb.

“Unikal"” "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Qəzada 30 nəfərin də yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Oxşar xəbərlər