Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi

10:49 1.08.2026 2
Fransa İspaniya ilə sərhəddə yerləşən Şərqi Pireney departamentinə dörd təhlükəsizlik bölməsi, təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirib.

“Bu barədə məlumatı Fransa Prezidenti Emmanuel Makron “X” hesabında paylaşıb.

Fransa bu addımı İspaniyanın Seuta şəhərinə miqrant axınının kəskin artmasına cavab olaraq atıb.

“Seuta Şengen zonasının qalan hissəsinə sərbəst hərəkət hüququna malik deyil. Bununla belə, mən artıq dünən daxili işlər nazirinə zərurət yaranacağı təqdirdə İspaniya ilə sərhəddə nəzarəti gücləndirməyi tapşırmışdım. Nəticədə dörd mobil təhlükəsizlik bölməsi, təyyarələr və pilotsuz uçuş aparatları orada yerləşdirilib”, - deyə Makron bildirib.

Bununla yanaşı, o, Fransanın İspaniyaya bu məsələdə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Seuta İspaniyanın Afrikanın Aralıq dənizi sahilində yerləşən, Mərakeşlə quru sərhədi olan muxtar ərazisidir. İyulun 30-u və 31-də on minlərlə afrikalı sərhədi qanunsuz keçərək Seutaya daxil olub, daha sonra isə dəniz yolu ilə İspaniyanın Avropa hissəsinə çatmağa cəhd göstərib. Hadisələr nəticəsində azı 57 nəfər həlak olub.
Oxşar xəbərlər