Avropa İttifaqında ilk: Rusiyaya qarşı sanksiyalar...

16:00 19.06.2026 1
Brüsseldə keçirilən sammitdə Aİ liderləri ilk dəfə olaraq Rusiyaya qarşı bütün sanksiyaları altı ay deyil, bir il müddətinə uzatmaq qərarına gəliblər.

Bunu jurnalistlərə Avropa Şurasının sözçüsü deyib:

"Aİ liderləri sanksiyaları əvvəlki kimi altı ay deyil, 12 ay müddətinə uzatmaq qərarına gəliblər".

Bütün sanksiyaların müddətinin 31 iyul 2027-ci ilə qədər uzatmaq barədə rəsmi qərar gələn həftə nazirlər səviyyəsində veriləcək.
Oxşar xəbərlər