İraqda ABŞ və Britaniya hərbçiləri həlak olub

10:38 2.06.2026 2
İraqda keçirilən təlimlər zamanı ABŞ və Böyük Britaniyadan olan hərbçilər həlak olublar.

“Bu barədə “NBC News” məlumat yayıb.

Bildirilir ki, hadisə mayın 31-də ölkənin şimalındakı Ərbil şəhərində yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin bazasında baş verib. Nə ABŞ, nə də Böyük Britaniya tərəfi hadisənin təfərrüatını açıqlayıb. Hər tərəfdən 1 hərbçinin həlak olduğu bildirilsə də, ölənlərin adları açıqlanmır.
Oxşar xəbərlər