İspaniya Baş nazirinin təyyarəsi Ankarada təcili eniş etdi

09:53 4.05.2026 1
İspaniyanın Baş naziri Pedro Sançesin Madriddən İrəvana uçan təyyarəsi Ankarada təcili eniş edib.

“Bu barədə yerli “La Razon” nəşri məlumat yayıb.

“Onu (Pedro Sançesi - red.) Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana aparan təyyarə marşrutu yarımçıq dayandırmaq və gözlənilmədən Ankarada eniş etmək məcburiyyətində qalıb”, - məlumatda deyilir.

Hadisəyə texniki problemin səbəb olduğu bildirilir. İspaniya nümayəndə heyətinin bu gün səhər saatlarında Ermənistana yola düşəcəyi gözlənilir.
Oxşar xəbərlər