İran ABŞ-nin tankerini vurdu

13:08 5.03.2026 1
“İran Silahlı Qüvvələri Fars körfəzinin şimalında ABŞ tankerinə zərbə endirib. Hazırda gəmidə yanğın başlayıb”.

“Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mətbuat xidməti məlumat yayıb.

“Artıq məlumat vermişdik ki, ABŞ-yə, İsrailə, Avropa ölkələrinə və onların tərəfdarlarına məxsus hərbi və ticarət gəmilərinə Hörmüz boğazından keçmək qadağan ediləcək. Belə gəmilər aşkar edildiyi halda mütləq hücuma məruz qalacaqlar”, - SEPAH-ın bəyanatında deyilir.
Oxşar xəbərlər