Son Dəqiqə: ABŞ indi də bu ölkədə hərbi əməliyyatlara başladı

09:47 4.03.2026 1
Ekvador və ABŞ silahlı qüvvələri Ekvadorda terrorçu kimi tanınan təşkilatlara qarşı əməliyyatlara başlayıb.

Bu barədə ABŞ Cənub Komandanlığının məlumat yayıb.

“Bu əməliyyatlar Latın Amerikası və Karib dənizindəki tərəfdaşların narkoterrorizmə qarşı mübarizəyə sadiqliyinin bariz nümunəsidir”, - məlumatda deyilir.

ABŞ ordusu qeyd edib ki, birlikdə yarımkürədə vətəndaşlar arasında uzun müddətdir terror, zorakılıq və korrupsiya səpən narko-terrorçulara qarşı qətiyyətli tədbirlər görürük.
Ekvador Silahlı Qüvvələrinin Cənub Komandanlığının komandanı general Fransis L. Donovan bildirib ki, Ekvador Silahlı Qüvvələrinin bu mübarizəyə sarsılmaz sadiqliyini, ölkələrində narkoterrorçulara qarşı davamlı əməliyyatlardakı cəsarətini və qətiyyətini təqdir edirik.
Nəzərə alaq ki, ABŞ hazırda İsraillə birlikdə paralel olaraq İrana qarşı da mübarizə aparır.
Oxşar xəbərlər