Xameneinin olduğu yerin koordinatlarını kim verib?

09:11 3.03.2026 1
İsrail və ABŞ İranın ali lideri Əli Xameneinin olduğu yerin koordinatlarını onun ətrafındakı "satqınlar" vasitəsilə əldə edib.

Publika.az xəbər verir ki, bunu Rusiya FTX-nin istefada olan polkovnik-leytenantı Aleksandr Belyayev bildirib.

"Əks halda bu qədər dəqiq hədəf alınmazdı", - deyə o qeyd edib.

Xainlərdən danışarkən Belyayev İranın daxili etnik problemlərini xarici təxribat, terrorçu qruplar və qaçaqmalçılar üçün giriş nöqtələri olan problemli Kürdüstan və Bəlucistan bölgələrini xatırladıb.
Oxşar xəbərlər