TƏCİLİ: İran Azərbaycan sərhədləri boyunca bütün SƏMANI BAĞLADI

13:11 26.02.2026 3
TƏCİLİ: İran Azərbaycan sərhədləri boyunca bütün SƏMANI BAĞLADI


İran Azərbaycanla sərhəd yaxınlığında yer səviyyəsindən 10.000 futa (təxminən 3300 metr) qədər yüksəkliklərdə pilotsuz uçuş aparatlarından istifadə olunacağını bildirən NOTAM yayımlayıb.

Bu barədə "flightradar24" monitorinq resursu məlumat verib.

Resurs həmçinin İranın NOTAM-ı yayımladığı dəniz ərazisinin koordinatlarını da dərc edib.

NOTAM telekommunikasiya tərəfindən göndərilən və hər hansı aviasiya avadanlığının, xidmətlərinin və ya prosedurlarının tətbiqi, vəziyyəti və ya dəyişdirilməsi, yaxud uçuş əməliyyatlarında iştirak edən personal üçün vacib olan təhlükələr barədə məlumatları ehtiva edən bildirişdir.

Hazırkı vəziyyətdə İranın bu xəbərdarlığı o deməkdir ki, Xəzər dənizində Azərbaycan sərhədi boyunca bütün dəniz zonası üzərindəki hava məkanı bütün növ uçuşlar üçün bağlıdır. Bu, İranın bu hava məkanında dron təlimləri keçirdiyini göstərir.

İranın Xəzər dənizi üzərində keçirdiyi pilotsuz təyyarə təlimləri ABŞ-nin bölgədə hərbi səfərbərliyi və Tehrana mümkün hərbi əməliyyatlarla bağlı təhdidlər fonunda baş tutub.
Oxşar xəbərlər