Paşinyan İrana GEDİR - Bu sənədi İMZALAYACAQ

09:00 14.02.2026 1
Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə İrana rəsmi səfər edəcəyini açıqlayıb.

Paşinyan səfərin konkret tarixini və təfərrüatlarını açıqlamayıb.

"Mümkün razılaşma ilə bağlı müzakirələr və danışıqlar aparırıq. Danışıqlar uğurla başa çatdıqdan sonra imzalanma baş tutmalıdır", - deyə baş nazir vurğulayıb.

Daha əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Nikol Paşinyanın 2026-cı ildə Tehrana səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji əməkdaşlıq sənədi imzalamağı planlaşdırdıqlarını açıqlayıb.
Oxşar xəbərlər