Tramp Venesuela hava məkanını bağlı elan etməsinin səbəbini açıqladı

09:32 1.12.2025 5
Vaşinqton Venesuelanı dost ölkə hesab etmədiyi üçün Venesuela üzərindəki hava məkanının bağlanmasını tövsiyə edib.

Bunu ABŞ prezidenti Donald Tramp Venesuela hava məkanını bağlı elan etməsinin səbəbini açıqlayarkən deyib: "Çünki biz Venesuelanı çox dost ölkə hesab etmirik”.

Tramp sözlərinə ABŞ-ın Venesuela ərazisinə hərbi hücumlarının mümkünlüyünün göstəricisi kimi qəbul edilməli olub-olmadığı ilə bağlı suala cavab olaraq əlavə edib: "Bunun heç bir mənası yoxdur".

O, Venesuela hakimiyyətinin "milyonlarla insanın" ABŞ-a qanunsuz miqrasiyasına kömək etdiyi deyib: "Bu insanların çoxu ölkəmizdə olmamalıdır. Onlar həbsxanalardan, dəstələrdən, narkotik satıcılarındandır. Ölkəmizə gələn bütün bu insanlar burada olmamalıdır. Onlar çoxlu problem yaradırlar".
Oxşar xəbərlər