Ermənistanda hərbi xidmətin müddəti azaldılır

12:50 21.10.2025 10
Ermənistanda həqiqi hərbi xidmətin müddəti azaldılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan videomüraciətində bildirib.

Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən ölkədə həqiqi hərbi xidmətin müddəti 2 il deyil, 1 il yarım təşkil edəcək.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrda hərbi xidmətin müddətinin azaldılmasını təklif edib.
Oxşar xəbərlər