Tramp Obamanı demokratiyaya təhdid adlandırıb

09:45 20.10.2025 7
ABŞ Prezidenti Donald Tramp sabiq dövlət başçısı Barak Obamanı demokratiyaya təhdid adlandırıb.

Tramp bunu Fox News telekanalına müsahibəsində bildirib.

“Demokratiyaya məhz o, təhdid yaradır. O, mənim kampaniyamı izləməklə bunu başlatdı”, – deyə Ağ Ev rəhbəri vuröulayıb.

Trampın sözlərinə görə, Obama bu hərəkətin qanunsuz olduğunu bilə-bilə casusluq edib.

ABŞ lideri onu da vurğulayıb ki, “özünə qarşı qanunsuz fəaliyyət göstərən hər kəs məsuliyyətə cəlb olunacaq”.(apa)
Oxşar xəbərlər