Paşinyan: “Uzunmüddətli münaqişədən sonra Azərbaycanla sülh bərqərar olub”

12:39 10.10.2025 18
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişədən sonra nəhayət sülh yaranıb.

Paşinyan bu fikri Düşənbədə keçirilən MDB-yə üzv dövlətlərin Şurasının iclasında səsləndirib.

“Məmnuniyyətlə qeyd edirəm ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli qarşıdurmadan sonra sülh bərqərar olub,” – deyə Paşinyan vurğulayıb.
Oxşar xəbərlər