Rusiyada daşqınlar: Dörd mindən çox yaşayış evi suyun altında qaldı - VİDEO

09:08 14.08.2023 85
Rusiyada daşqınlar: Dörd mindən çox yaşayış evi suyun altında qaldı - VİDEO


Primoryedə daşqınlar ciddi fəsadlara səbəb olub.

Məlumata görə, artıq təbii fəlakət zonalarından iki mindən çox insan təxliyə edilib.

Bildirilir ki, aramsız leysan nəticəsində 4400-ə yaxın yaşayış evi, beş mindən çox təsərrüfat sahəsi və 43 yol su altında qalıb.
Həmçinin, su 28 yaşayış məntəqəsinə gedən yolu kəsib.
Oxşar xəbərlər