Uzaq Şərqdə yeni müharibə - F-16-lar havaya qalxıb

12:09 24.07.2025 22
Cənub-Şərqi Asiyada Tailandla Kamboca ordusu arasında toqquşma baş verib.

Bu barədə Tailand ordusu məlumat yayıb. Bildirilib ki, hərbçilər arasında baş verən silahlı toqquşmalardan sonra bu səhər Kambocadan artilleriya atəşi nəticəsində ən azı iki Tailand vətəndaşı həlak olub, iki nəfər yaralanıb.

Tailand 86 kənddən 40 minə yaxın mülki vətəndaşın təhlükəsiz ərazilərə köçürüldüyünü açıqlayıb.

Tailand Kamboca ordusuna qarşı hərəkətə keçmək üçün F-16 qırıcı təyyarəsini döyüş hazırlığı vəziyyətinə gətirib. Qırıcı təyyarələr Kamboca sərhəddə uçuşlar həyata keçirməkdədir.
Oxşar xəbərlər