Tramp: İsrail Qəzzada 60 günlük atəşkəslə razılaşdı

12:49 2.07.2025 18
“İsrail 60 günlük atəşkəs üçün lazımi şərtlərlə razılaşıb və bu müddət ərzində biz müharibəni dayandırmaq üçün bütün tərəflərlə çalışacağıq".

Bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

O qeyd edib ki, onun nümayəndələri israillilərlə Qəzza mövzusunda uzun və məhsuldar görüş keçiriblər:

"Sülhün əldə edilməsinə köməklik edən Qətər və Misir bu yekun təklifi təqdim edəcəklər və ümid edirəm ki, HƏMAS bu razılaşmanı qəbul edəcək, əks halda vəziyyət yaxşılaşmayacaq".
Oxşar xəbərlər