İran üç "Mossad" agentini edam edib

11:22 25.06.2025 19
İranın Urmiya şəhərində İsrailin "Mossad" kəşfiyyat xidmətinin üç agenti edam edilib.

Bu barədə "Press TV" məlumat yayıb.

“Onlar ölkəyə adam öldürmək üçün istifadə olunacaq avadanlıqları qaçaq yolla gətirirdilər,” – deyə İran mediası yazır.

Xatırladaq ki, İsrailin İrana qarşı hücumlarının ilk günlərindən etibarən yerli media İsrail kəşfiyyatı ilə əlaqəsi olan şəxslərin tutulduğunu xəbər verməyə başlayıb.
Oxşar xəbərlər