İsrail İranla tammiqyaslı müharibəyə hazır olduğunu bəyan etdi

16:00 13.06.2025 4
İsrail hökuməti ölkənin İranla mümkün tammiqyaslı müharibəyə hazır olduğunu açıqlayıb.

Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman çıxış edib.

“İsrail hər cür hadisənin inkişafına hazırdır,” – deyə Hendelman bildirib.

O, həmçinin vurğulayıb ki, İsrail xarici dəstəkdən asılı olmadan, ilk növbədə öz hərbi gücünə və imkanlarına arxalanır:

“Biz həm müdafiə, həm də hücum sahəsində tam hazırlıqlı vəziyyətdəyik və əsas etibarımız öz gücümüzədir".
Oxşar xəbərlər