Husilərdən İsrailə xəbərdarlıq: Hava limanları TƏHLÜKƏDƏ

10:13 19.05.2025 1
Husilərin nümayəndəsi Nəsr əd-Din Aamər sosial şəbəkə platforması X-də paylaşım edib.

O, yəmən qüvvələrinin yaxın saatlarda Təl-Əvivdəki Ben-Qurion hava limanı və digər hava limanlarına hərbi zərbələr endirəcəyini bildirib.

“Qəzzadakı son eskalasiyaya cavab olaraq, Yəmən qüvvələri İsrail hava limanlarını hədəf alacaq. Bu obyektlərin təcili boşaldılması vacibdir”, – deyə Aamər bildirib.

O həmçinin əlavə edib ki, bu hücumlar Yəmən rəhbərliyinin İsrailin hava limanlarını blokadaya almaq qərarına əsasən həyata keçiriləcək.
Oxşar xəbərlər