Papanın ölümünə görə bu oyunlar təxirə salındı

13:55 21.04.2025 30
İtaliya çempionatının aprelin 21-nə planlaşdırılan oyunları Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.

Bu barədə A Seriyası rəsmi açıqlama yayıb.

Təxirə salınan matçların tarixləri daha sonra açıqlanacaq.

Bu gün A Seriyasında keçirilməsi planlaşdırılan oyunlar “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Genoa” – “Latsio” və “Parma” – “Yuventus” matçları idi.
Oxşar xəbərlər