Netanyahu məhkəmə orderinə baxmayaraq Macarıstana GETDİ

10:23 3.04.2025 5
İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun həbsinə dair orderinə baxmayaraq Macarıstana səfər edib. Bu, İsrail baş nazirinin keçən il noyabrda BCM-in ona qarşı həbs qərarı çıxarmasından sonra həyata keçirdiyi ikinci xarici səfərdir.

Bu barədə "The Times of Israel" qəzetinin mənbələri məlumat yayıb.

Səfər zamanı Netanyahu İsrailin BCM-dən çıxacağını elan etməyi planlaşdırır.

O, Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə gedib və orada bir neçə gün qalacaq.
Oxşar xəbərlər