Suriyada Əl-Qaidə liderlərindən biri öldürülüb - Tramp

09:38 18.02.2025 8
ABŞ hərbçiləri Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb.

Bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.

Bildirilib ki, ABŞ qüvvələri Suriyada Əl-Qaidə üzvünə dəqiq hava zərbəsi endirib. "Terrorçu lider bütün regionda Əl-Qaidə ilə işləyirdi", - o yazıb.

Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.
Oxşar xəbərlər