Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

13:40 3.08.2026 7
Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

XXI əsrdə qlobal və regional münasibətlər sistemində baş verən dinamik dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusilə ortaq tarixi, mədəni və sivilizasiya dəyərlərini bölüşən ölkələr arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi regional sabitliyin və davamlı inkişafın əsas şərtlərindən biri kimi çıxış edir.Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında son illərdə müşahidə olunan yaxınlaşma təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də bütövlükdə Avrasiya məkanında yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirən mühüm amillərdən hesab olunur.Qeyd olunan siyasi və geostrateji amillər fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüşün yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir.Çolpon-Ata Bəyannaməsinin əsas müddəalarına və sənədin Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı baxımından əhəmiyyətinə nəzər salır.
Oxşar xəbərlər