Prezident cənab İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu gün Azərbaycan və Qırğızıstan münasibətləri bütövlükdə Türk dünyasının gələcək inteqrasiya modelinin mühüm tərkib hissəsi kimi inkişaf edir.
Ölkə rəhbəıri səfər çərçivəsində verdiyi bəyanatda bildirib: “Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.
Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.
Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.