Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik

17:51 6.07.2026 68
Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik

Sülh artıq yalnız siyasi məqsəd deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməli olan bir dəyər kimi təqdim olunur. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri, şəhər və kəndlərin yenidən qurulması, insanların doğma torpaqlarına qayıdışı sülhün real nəticələrinin ən aydın nümunələridir. İnfrastruktur layihələri, yeni məktəblər, xəstəxanalar, yollar və iqtisadi layihələr bölgənin gələcəyini formalaşdırır.
Sülh şəraitində yaşamaq yalnız təhlükəsizlik deyil, həm də iqtisadi inkişaf, regional əməkdaşlıq, insanların rifahı və gələcək nəsillərin sabit mühitdə yaşaması deməkdir.
Azərbaycanın məqsədi Cənubi Qafqazı əməkdaşlıq, qarşılıqlı etimad və davamlı inkişaf məkanına çevirməkdir. Bu yanaşma göstərir ki, sülh artıq nəzəri anlayış deyil, konkret addımlarla möhkəmləndirilən və gündəlik həyatda hiss olunan reallıq kimi qəbul edilir.
Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik.
Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk.
Xanım Prezident, həmçinin mənə məlumat verdi ki, Avropa Komissiyası çox kömək edə bilər və bunu arzulayır. Bu baxımdan biz hər hansı köməyi, hər hansı yardımı yüksək dəyərləndirərdik. Düşünürəm ki, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək.
Oxşar xəbərlər