Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi dəyərlər üzərində qurulub

14:43 24.06.2026 2
Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi dəyərlər üzərində qurulub



Azərbaycan ilə Türkmənistan arasında münasibətlər təkcə dövlət maraqlarına deyil, həm də ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə söykənir. Bu gün Bakı ilə Aşqabad arasında inkişaf edən əməkdaşlığın əsasını məhz əsrlər boyu formalaşmış qardaşlıq münasibətləri təşkil edir. Hər iki xalq eyni kökdən gələn türk dünyasının ayrılmaz hissəsi kimi ortaq dil, adət-ənənə və milli-mənəvi dəyərləri bölüşür.
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun siyasi iradəsi nəticəsində ikitərəfli əlaqələr yeni mərhələyə yüksəlib. Azərbaycan və Türkmənistan arasında siyasi dialoq intensiv xarakter alıb, qarşılıqlı etimad daha da möhkəmlənib. Xəzər dənizinin hər iki sahilində yerləşən dost ölkələr regional sabitliyin və əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayırlar.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və logistika layihələri Türkmənistan üçün də yeni imkanlar açır. Eyni zamanda, humanitar və mədəni sahələrdə əməkdaşlıq xalqlarımız arasında dostluq körpülərini daha da möhkəmləndirir. Bu gün Azərbaycan-Türkmənistan münasibətləri türk birliyinin güclənməsinə xidmət edən uğurlu əməkdaşlıq modeli kimi qiymətləndirilə bilər.
Oxşar xəbərlər