Azərbaycan Respublikası və Türkmənistan arasında ikitərəfli münasibətlər regional əməkdaşlığa töhfə verir

14:41 24.06.2026 10
Azərbaycan Respublikası və Türkmənistan arasında ikitərəfli münasibətlər regional əməkdaşlığa töhfə verir

Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli münasibətlər təkcə iki dost dövlətin maraqlarına deyil, bütövlükdə regionun sabitliyinə və inkişafına xidmət edir. Son illər Bakı ilə Aşqabad arasında formalaşan yüksək səviyyəli siyasi dialoq münasibətlərin strateji xarakter daşıdığını göstərir.
Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir, qarşılıqlı hörmət və etimada əsaslanan siyasət yürüdürlər. Xəzər regionunda təhlükəsizlik, enerji əməkdaşlığı və nəqliyyat bağlantılarının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər hər iki ölkənin ortaq maraqlarına cavab verir.
Azərbaycanın enerji siyasəti və Türkmənistanın zəngin resurs potensialı yeni əməkdaşlıq imkanları yaradır. Eyni zamanda, Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri Türkmənistanın xarici bazarlara çıxışını asanlaşdırır. Bu isə regional iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Bu gün Azərbaycan və Türkmənistan türk dünyasında həmrəyliyin möhkəmlənməsinə xidmət edən dövlətlər sırasındadır. İkitərəfli münasibətlərin dinamik inkişafı göstərir ki, Azərbaycan və Türkmənistan gələcəkdə də regional sabitliyin, təhlükəsizliyin və iqtisadi tərəqqinin vacib təminatçılarından biri olacaq.
Oxşar xəbərlər