Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri son illərdə strateji müttəfiqlik səviyyəsinə yüksələrək regionun siyasi və iqtisadi mənzərəsinə mühüm təsir göstərmişdir. Xüsusilə Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və yeni inkişaf perspektivlərinin yaranmasına şərait yaratmışdır. Bu əməkdaşlıq həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi gücünün artmasına, regionun beynəlxalq əhəmiyyətinin yüksəlməsinə xidmət edir.Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdırdı. Bu reallıqların ən mühüm elementlərindən biri Zəngəzur dəhlizidir. Şuşa Bəyannaməsində də xüsusi əhəmiyyət verilən bu layihə regionun nəqliyyat və logistika xəritəsini dəyişdirməyə qadir strateji təşəbbüsdür.Strateji müttəfiqlik çərçivəsində həyata keçirilən bu layihələr hər iki ölkənin iqtisadi inkişafına güclü təkan verir. Yeni nəqliyyat dəhlizləri, investisiya imkanları və ticarət əlaqələri iqtisadi artımı sürətləndirir, regionda sabitlik və rifahın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycan və Türkiyənin beynəlxalq nüfuzunu artıraraq onların qlobal iqtisadi proseslərdə rolunu gücləndirir.Nəticə etibarilə, Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik təkcə iki qardaş dövlətin maraqlarına xidmət etmir, həm də regionun inkişafına, beynəlxalq ticarətin genişlənməsinə və Avropa ilə Asiya arasında əlaqələrin güclənməsinə mühüm töhfə verir. Zəngəzur dəhlizi və onun tərkib hissəsi olan nəqliyyat layihələri gələcək illərdə bu əməkdaşlığın ən mühüm uğurlarından biri olacaqdır.