İşğaldan azad olunmuş ərazilərin bərpası

14:51 16.06.2026 2
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 2020-ci ildə Vətən müharibəsində əldə edilmiş qələbəsi xüsusi əhəmiyyətə malikdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi zəfər nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmuşdur. Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və həmin ərazilərdə həyatın bərqərar edilməsidir. Bu prosesdə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini yeni mərhələyə yüksəldən Şuşa Bəyannaməsi mühüm rol oynayır. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsdiqləmişdir. Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan və Türkiyə şirkətləri azad edilmiş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. Yol infrastrukturunun yenidən qurulması, enerji təminatının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı, müasir yaşayış məntəqələrinin salınması və sənaye potensialının formalaşdırılması istiqamətində birgə layihələr uğurla icra olunur. Bu əməkdaşlıq bölgənin sürətli inkişafına və iqtisadi potensialının reallaşdırılmasına mühüm töhfə verir.
Oxşar xəbərlər