2021-ci il iyulun 15-də Şuşada tarixi bir Bəyannamə imzalandı. Bu bəyannamə Azərbaycan Respublikası ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında, yəni iki türk qardaşlığının bir millət iki dövlət olduğunu bütün dünyaya bir daha bəyan etdi.
Şuşa Bəyannaməsi Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı münasibətlərin geostrateji əhəmiyyətini artırır, ölkələrarası münasibətin bütün müstəvilərdə davamlı inkişafını təmin etməyə nail olacaqdır. Bu bəyanat ölkələrimiz arasında birgə əməkdaşlıq, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və strateji sahələri əhatə etməklə iki qardaş ölkə arasında misli görülməyən müttəfiqlik zirvəsinə çatdırıldı.
Bəyannamə Qarabağ ərazisində məskunlaşmış erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Şuşa və Şuşa ətrafı gözəl turizm imkanları açılmaqla regionun yeni iqtisadi münasibətlərinin formalaşmasına imkan yaradacaqdır. Bəyannamədə ölkəmin beynəlxalq nüfuzunu artıran iqtisadi layihələr, hərbi əməkdaşlıq məsələləri öz əksini tapmışdır.
Bəyannamədə böyük məhəbbətlə xatırlanan türk dünyasının liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı ilə yanaşı illər sonra Ümumilli Liderimiz Heydər Əliyevin: “Bir millət, iki dövlət” kimi kəlamları əsl yerinə düşmüşdür.
Vətən müharibəsində və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində də Azərbaycan Türkiyə əməkdaşlığı misilsiz rol oynayır. Ölkəmizdə böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni ortaq iqtisadi dəhliz kimi reallığa çevrilir.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətin böyük göstəricisidir. Bundan sonra ölkələr bir birinin təhlükəsizliyini təmin edəcəklər. Ölkənin hərbi qüdrətini artıran mühüm məsələ Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafıdır.
Hələ Qarabağ müharibəsinin ilk günlərində Türkiyə Prezidenti Azərbaycan xalqının tək olmadığını bildirmişdi. Bu bəyannamə bütün qüvvələri, dairələri dayandırdı.